“Paşinyanın Azərbaycanın ünvanına saxta ittihamlar səsləndirməsi aydın şəkildə göstərir ki, Ermənistanın sülh ritorikası tam saxtadır”
Bu fikirləri AzadMedia.az-a açıqlamasında deputat Elşad Mirbəşir deyib.
Onun sözlərinə görə, Paşinyan öz fikirlərində sərt transformasiyalara yol verir:
“Daim öz-özünə paradokslar yaratmaqla konkret məqsədlərə çatmağa çalışır. Məqsəd də ondan ibarətdir ki, bütün vasitələrlə bundan sonra da Azərbaycanla sülh sazişini imzalamaqdan yayına bilsin. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Ermənistan yeni status kvonu onda görür ki proses yenə də sonsuzluğa qədər davam etsin. Təbii ki, bu, Ermənistanın daxili-siyasi vəziyyəti ilə bağlı olan məsələdir.
Paşinyan ağır məğlub durumda Azərbaycanla sülh müqviləsi bağlamaqdan çəkinir. Ona görə ki bu onun siyasi karyerasının sonu olacaq”
Millət vəkili bundan sonrakı mərhələdən də danışıb:
“Hesab edirəm ki, bu proses əsasən Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycan tərəfi bu gün özünü çox rahat hiss edir. Ona görə ki bütün ərazi bütövlüyünü təmin edib. Sadəcə Ermənistan hansısa məqamlar üzərindən manevrlər etməyə çalışır. Sözsüz ki, bu, Paşinyan rejimini formalaşdıran dairlərdən gələn təlimatlar üzərindən həyata keçirilməkdədir. Buna baxmayaraq, Ermənistanın manevr imkanları məhdudlaşıb”. Biz görürük ki Paşinyan yenə də Avropa platformalarında Azərbaycana qarşı qərəzli siyasi mövqeləri formalaşdırılmasına cəhdlər etməkdədir. Düşünürəm ki, Ermənistanın fevralın 12-də etdiyi təxribatlar da buna hesablanıb. Çünki Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatından sonra Avropa İttifaqı Ermənistan Şurasının növbəti toplantısı keçirildi. Toplantıda Avropa İttifaqının rəsmiləri də iştirak etdilər. Məqsəd o idi ki, yenə də Azərbaycanın aqresor obrazı ətrafında müzakirələr təşkil edilsin”
Qeyd edək ki, Nikol Paşinyan Münxendə erməni diasporası ilə görüşdə 2020-ci il 10 noyabrda imzalanmıış üçtərəfli bəyanatın artıq işləmədiyini bəyan edib və Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bundan başqa N.Paşinyan bəyan edib ki, Qarabağdan ermənilərin köçməsində Rusiya sülhməramlıları günahkardır.
Xəlil XƏLİLOV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.