Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu barədə Çarlz Mişel sosial şəbəkədəki səhifəsində yazıb:
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan və Aİ arasında əməkdaşlıq və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri ilə bağlı danışıqlar apardıq.“Cənubi Qafqazda sülh, sabitlik və rifah məsələləri gündəmdə mühüm yer tutur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.