Səudiyyə Ərəbistanı Rusiyanı strateji tərəfdaş adlandırıb. Onlar əlavə ediblər ki, Ər-Riyad və Moskvanın müxtəlif təmas nöqtələri var.
Diplomatik Araşdırmalar İnstitutunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mənsur Əl-Mərzuqi Səudiyyə Ərəbistanının Rusiyaya etimadının olduğunu bildirib.
O, RİA Novosti agentliyinə müsahibəsində qeyd edib ki, Ər-Riyad təhlükəsizlik və sabitlik məsələlərində Moskvanı özünün strateji tərəfdaşı hesab edir.
"Səudiyyə Ərəbistanı Rusiyaya inamla baxır və onu sabitlik və təhlükəsizlik məsələlərində özünün strateji tərəfdaşı hesab edir. Bu, bizim üçün ən vacib məsələdir" - deyən Mənsur Əl-Mərzuqi vurğulayıb ki, Rusiya və Səudiyyə Ərəbistanının müxtəlif təmas nöqtələri var, lakin onun sözlərinə görə, təhlükəsizlik və sülh məsələlərinin həlli gündəmin əsas məsələsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.