AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün əsas təhlükə adlandırıb

  • + A
  • - A
  • 22-02-2024, 07:03

    Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün əsas təhlükə adlandırıb

    ABŞ prezidenti Co Bayden hesab edir ki, insan varlığı üçün ən ciddi təhlükə nüvə silahı deyil, iqlim dəyişikliyidir. Amerika lideri bu barədə Kaliforniyada keçirilən seçki kampaniyası zamanı bəyan edib.
    Amerika lideri iddia edib ki, Rusiya Federasiyası və digər dövlətlərin rəhbərliyi ilə münasibətlərdəki gərginlik fonunda ABŞ “nüvə münaqişəsindən həmişə narahat olmalıdır”.
    2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 21-ci Konfransından sonra dünya təşkilatının 193 üzvü, həmçinin Fələstin, Niue, Kuk adaları və Avropa İttifaqı Paris İqlim Sazişini dəstəkləyib. Sənədin məqsədi 2100-cü ilə qədər planetdə orta illik temperaturun sənayedən əvvəlki səviyyələrlə müqayisədə 2 dərəcədən çox artmasının qarşısını almaq və artımı 1,5 dərəcə civarında saxlamaq üçün mümkün olan hər şeyi etməkdir.
    Alimlər hesab edirlər ki, daha əhəmiyyətli istiləşmə ətraf mühit üçün geri dönməz nəticələrə səbəb ola bilər. BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2022-ci ildə orta temperatur 1850-1900-cü illərin orta illik göstəricisindən 1,15 dərəcə (1,02 - 1,27 dərəcə) yüksək olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR