AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerikalı dənizçi casusluqda şübhəli bilinir

  • + A
  • - A
  • 22-02-2024, 09:22

    Amerikalı dənizçi casusluqda şübhəli bilinir


    Yaponiyada USS Higgins esminesində xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçisi Bryce Pedicini casusluqda ittiham olunub. Bu barədə USNI News portalı sənədlərə istinadən məlumat yayıb.

    Portalın məlumatına görə, dənizçi məxfi sənədlər və məlumatlarla düzgün davranmamaqda şübhəli bilinir. Xüsusilə, o, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına qədər adı açıqlanmayan xarici dövlətin əməkdaşına məlumat ötürməkdə, eləcə də xarici əlaqələr barədə rəhbərlərə məlumat verməməkdə ittiham olunur.

    Bu həftə Pedicininin hərbi tribunal qarşısına çıxacağı dəqiqləşib.

    Fevralın əvvəlində MKİ-nin keçmiş proqramçısı və WikiLeaks-in ifşaçısı Joshua Schulte casusluq, uşaq pornoqrafiyası saxlamaq və məhkəməyə hörmətsizlik də daxil olmaqla bir sıra cinayətlərə görə ABŞ-da 40 il həbs cəzasına məhkum edilib.

    Fevralın 21-də “The Wall Street Journal” yazıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası ölkədə yük kranlarının istehsalına milyardlarla dollar sərmayə qoymağı planlaşdırır. Nəşrin məlumatına görə, bu, Amerikanın bir çox limanlarında qabaqcıl proqram təminatı ilə təchiz edilmiş Çin istehsalı olan kranların istifadəsinin milli təhlükəsizliyə potensial təhlükə yaratdığı ilə bağlı narahatlıqlarla bağlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR