AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan bildirib ki, Ermənistan KTMT-də iştirakını dondurub

  • + A
  • - A
  • 23-02-2024, 06:58

    Paşinyan bildirib ki, Ermənistan KTMT-də iştirakını dondurub

    Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişi yerinə yetirilmədiyi üçün İrəvan təşkilatda (KTMT) iştirakını dondurub. RİA Novosti xəbər verir ki, bu sözləri respublikanın baş naziri Nikol Paşinyan France24 telekanalına müsahibəsində deyib.
    O, sazişə əməl edilməməsi faktının 2021-2022-ci illərdə xüsusilə nəzərə çarpdığını və bunun təsirsiz qala bilməyəcəyini, Ermənistanın buna məhəl qoymayacağını və buna görə də qərar qəbul etdiyini diqqətə çatdırıb.

    “Biz bu sazişdə iştirakımızı dondurmuşuq. Gəlin görək bundan sonra nə olacaq”, - Paşinyan bildirib.
    Agentlik xatırladır ki, İrəvan dəfələrlə KTMT və Moskvanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Hələ yanvar ayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, 2022-ci ilin sentyabrında “genişmiqyaslı hücum” zamanı heç bir adekvat reaksiya gözlənilmədiyi üçün respublika Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından artıq heç nə gözləmir. ”

    Paşinyan həmçinin Azərbaycanla sülhün bərqərar olmasının mümkünlüyünü dəyərləndirib

    KTMT-yə altı dövlət daxildir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Rusiyanın müdafiə naziri Sergey Şoyqu daha əvvəl Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini vurğulamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR