AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Rusiyanı Ermənistanda hakimiyyəti devirməyə çağırmaqda ittiham edib

  • + A
  • - A
  • 23-02-2024, 07:00

    Paşinyan Rusiyanı Ermənistanda hakimiyyəti devirməyə çağırmaqda ittiham edib

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı respublikada hökuməti devirməyə çağırmaqda ittiham edib. O, bu barədə France 24 telekanalına müsahibəsində bildirib.
    Onun sözlərinə görə, 2023-cü ilin payızında bəzi yüksək rütbəli rus məmurları “Açıq şəkildə Ermənistan əhalisini üsyana və hökuməti devirməyə çağırıblar”. Lakin o, bir nəfərin də adını çəkməyib.

    Paşinyan 6 ildir Rusiya telekanallarında erməni əleyhinə təbliğata baxdığından da şikayətlənib.
    Bundan əvvəl Paşinyan eyni müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulduğunu açıqlamışdı. O qeyd edib ki, Bakı indi Ermənistanı “Qərbi Azərbaycan” hesab edir. Siyasətçi həmçinin Azərbaycan prezidenti İlham Əliyevi ərazi bütövlüyünün tanınması nəzərə alınmaqla sülh müqaviləsinin bağlanmasına deyil, Ermənistanda yeni ərazilərin ələ keçirilməsinə çalışmaqda ittiham edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR