AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fikrət Məmmədov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

  • + A
  • - A
  • 23-02-2024, 18:48

    Fikrət Məmmədov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

    Fevralın 23-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
    İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
    Spiker diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Prezidentin təqdimatına əsasən, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır.
    İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ barədə məlumat verib. O, məsələyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib. Komitə sədri Fikrət Məmmədovun uzun illər uğurla fəaliyyət göstərdiyini, onun çalışdığı dövrdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə töhfə verdiyini, ədliyyə orqanlarına rəhbərliyi dövründə parlamentlə səmərəli əməkdaşlıq etdiyini, ədliyyə orqanlarını beynəlxalq təşkilatlarda layiqincə təmsil etdiyini bildirib. Qeyd edilib ki, Fikrət Məmmədov Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır və onun peşəkar və təcrübəli hüquqşünas kimi Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyinin verilməsi təqdirəlayiqdir.
    Milli Məclisin sədri Sahibə Qafarova tanınmış hüquqşünas, təcrübəli və səriştəli mütəxəssis olan Fikrət Məmmədovun bu çətin və məsuliyyətli vəzifədə uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
    Sonra məsələ ilə bağlı Milli Məclisin qərar layihəsi qəbul olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR