Xəbər verdiyimiz kimi Prezidentin təqdimatına əsasən, Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi ilə bağlı Milli Məclisin qərar layihəsi qəbul olunub.
Fikrət Məmmədov iclasda çıxış edərək, Prezident İlham Əliyevə bu mühüm vəzifəyə onun namizədliyini verdiyinə görə öz dərin təşəkkürünü ifadə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin andını səsləndirib. O, bildirib ki, Ulu Öndərin müəllifi olduğu Konstitusiyaya xidmət etmək şərəfli və məsuliyyətli vəzifədir. Fikrət Məmmədov Azərbaycanın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad etdiyini və həmin ərazilərdə Konstitusiyamızın hüquqi qüvvəsinin bərpa olunduğunu qeyd edərək, belə bir dövrdə Konstitusiyanın aliliyinin qorunmasına xidmət etməyin əhəmiyyətli olduğunu söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.