AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişiklik edilir

  • + A
  • - A
  • 23-02-2024, 19:13

    "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişiklik edilir

    Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin plenar iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, sənəd məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur. Layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə hazırlanıb.
    Diqqətə çatdırılıb ki, layihədə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlərinin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi öz əksini tapıb. Belə ki, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.
    Digər dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan, qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur. Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
    Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Fəzail Ağamalı, Etibar Əliyev, Tahir Kərimli çıxış ediblər, öz qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əli Hüseynli deputatların fikirlərinə münasibət bildirib.
    Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR