AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kubada “Xocalı, insanlığa qarşı cinayət” başlıqlı məqalə dərc olunub

  • + A
  • - A
  • 24-02-2024, 15:51

    Kubada “Xocalı, insanlığa qarşı cinayət” başlıqlı məqalə dərc olunub

    Kubanın nüfuzlu mətbuat orqanlarından biri “Prensa Latina” xəbər agentliyinin rəsmi səhifəsində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin “Xocalı, insanlığa qarşı cinayət” (Jodyalí, un crimen de lesa humanidad) başlıqlı məqaləsi dərc olunub.

    Məqalədə 1992-ci ilin fevralın 25-dən 26-a keçə gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan ordusu tərəfindən 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər mülki azərbaycanlıya qarşı törədilmiş amansız qətliamın - Xocalı Soyqırımının bu il 32-ci ildönümünün anılacağı bildirilib.

    Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğu vurğulanıb.

    Yazıda, həmçinin Ermənistanın keçmiş müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyanın Britaniylı jurnalisti Tomas de Vaala müsahibəsində səsləndirdiyi - “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” - fikirlərlərinə yer verilib.

    Habelə, məqalədə Xocalı Soyqırımı və Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktı olması oxucuların diqqətinə çatdırılıb.

    Bu xüsusda, Ermənistanın törətdiyi əməllərin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması kimi qiymətləndirilməli olduğu vurğulanıb.

    Məqalədə, həmçinin, Xocalı Soyqırımının Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təsisatlar və Latına Amerikasının bir sıra ölkələri də daxil olmaqla xarici dövlətlər tərəfindən tanındığı qeyd olunub.

    Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq olar:
    https://www.prensa-latina.cu/2024/02/22/jodyali-un-crimen-de-lesa-humanidad


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR