Erməni ekspertlər Baş nazir Nikol Paşinyanın “Frans 24” kanalına verdiyi müsahibədə ölkənin KTMT-də fəaliyyətini doldurması bəyanatıdan, o cümlədən Fransa müdafiə naziri Sebastyan Lekornunun İrəvana səfərindən narahatlığını ifadə ediblər.
Axar.az xəbər verir ki, ekspertlər Paşinyanın “Azərbaycanın hücum etmək ehtimalı var” sözləri fonunda KTMT-də fəaliyyətin dondurulmasının məntiqinin anlaşılmaz olduğunu bildiriblər.
Onların fikrincə, Paşinyan Rusiya qüvvələrini ölkədən çıxarıb, İranın silah və hərbçilərlə yardım etmək, hərbi müttəfiqlik sazişi imzalamaq təklifini geri çevirməklə faktiki olaraq ölkəni müdafiəsiz qoyur.
Bəzi erməni politoloqlar isə Rusiyanın fəaliyyətsizliyini sübut etmək üçün rus qüvvələrinə qarşı təxribat törədiləcəyini belə istisna etməyiblər. Belə görünür ki, erməni ekspertlər özləri də “Rusiya qüvvələrinin fəaliyyətsizliyini sübut etmək üçün təxribat” deyərkən, Azərbaycana qarşı provokasiyanı nəzərdə tuturlar.
Bu arada Ukraynanın Ermənistandakı səfirinin “Zelenskinin İrəvana kömək üçün gəlməsi” ifadəsi də təəccüblə qarşılanıb. Erməni ekspertlər bunu “tragikomediya“ adlandırıblar:
“Tragikomediya ondan ibarətdir ki, artıq Qərb üçün “ölü” olan Zelenski Ermənistana kömək üçün gələcək, Ukraynanın Ermənistandakı nümayəndəsi bunu medianın sorğularına cavab olaraq açıqlayıb və əlavə edib ki, regionda böyük dəyişikliklər olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.