AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi vəzifəsini tərk edib

  • + A
  • - A
  • 26-02-2024, 15:17

    Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi vəzifəsini tərk edib


    Nikol Paşinyan Boris Saakyanın Xarici İşlər Nazirliyinin baş katibi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. O, 2,5 il bu vəzifədə çalışıb.
    Ermənistanda Xarici İşlər Nazirliyinin baş katibi Boris Saakyan vəzifəsini tərk edib. Müvafiq məlumatı respublika hökuməti də təsdiqləyib.

    “Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında № 405-N saylı Qanunun 13-cü maddəsinin 3-cü hissəsini rəhbər tutaraq, 1. Boris Saakyan Xarici İşlər Nazirliyinin baş katibi vəzifəsindən azad edilsin” - Baş nazirin sərəncamında deyilir.

    Xatırladaq ki, Saakyan 2021-ci il iyulun 30-dan baş katib postunu tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR