AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp yenidən seçildikdən sonra ABŞ sərhədlərini bağlayacağını vəd edib

  • + A
  • - A
  • 26-02-2024, 22:44

    Tramp yenidən seçildikdən sonra ABŞ sərhədlərini bağlayacağını vəd edib

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu ilin noyabrında keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə ölkə sərhədini dərhal bağlayacağına söz verib. Bu barədə TASS məlumat yayıb.

    “Mən sizin prezident olanda biz dərhal sərhədi bağlayacağıq və miqrantların işğalını dayandıracağıq” deyən Trampın sözlərinə görə, elə ilk gün qeyri-qanuni miqrantların deportasiyası üzrə Amerika tarixində ən böyük əməliyyata start veriləcək.

    Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın dələduzluq işi üzrə məhkəmə qərarından apellyasiya şikayəti verdiyi, ona əsasən 454 milyon dollar ödəməli olduğu bildirilirdi.
    Fevralın 24-də bildirildi ki, Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı mülki dələduzluq işi üzrə 454 milyon dollar ödəməyə məcbur edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR