AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da keçmiş FTB məlumatçısı Smirnov Bayden və oğlunun işi üzrə həbs edilib

  • + A
  • - A
  • 27-02-2024, 08:44

    ABŞ-da keçmiş FTB məlumatçısı Smirnov Bayden və oğlunun işi üzrə həbs edilib


    Federal Ehtiyat Bankının keçmiş məlumatçısı Aleksandr Smirnov Los-Ancelesdə həbs edilib. O, ABŞ prezidenti Co Bayden və oğlu Hunterin Ukraynanın Burisma şirkəti ilə əlaqələri barədə yalan məlumat verməkdə ittiham olunur. Bu barədə Associated Press məlumat yayıb.
    “ABŞ-ın Los-Anceles bölgəsinin hakimi Otis Rayt II Aleksandr Smirnovun başqa bir hakim tərəfindən sərbəst buraxılmasından bir neçə gün sonra onun vəkilləri ilə Las-Veqasdakı ofisində görüşərkən yenidən həbs edilməsinə qərar verib”, - materialda deyilir.
    Smirnovun ABŞ və İsrail vətəndaşlığı var. O, əvvəlcə fevralın 14-də Baydenə qarşı yalan ifadə verməkdə ittiham edilərək saxlanılsa da, sonradan zaminə buraxılıb. Fevralın 23-ü səhər saatlarında keçmiş xəbərçi yenidən həmin orderlə saxlanılıb. Prokurorlar bildiriblər ki, guya həmin şəxs Rusiya kəşfiyyatı ilə əlaqəsini etiraf edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR