Müxalifətdən olan erməni deputat və “Mənim şərəfim var” fraksiyasının lideri Hayk Mamicanyan ölkənin yeni konstitusiyasında bitərəf güc statusunun təsbit ediləcəyi barədə məlumat paylaşıb. Siyasətçinin sözlərini Sputnik Ermənistan xəbər verir.
Mamicanyanın sözlərinə görə, əsas qanun ölkənin hər hansı ittifaq və ya ittifaqlara girməsini qadağan edə bilər. Bununla yanaşı, deputat ümid etdiyini bildirib ki, ölkənin hazırkı baş naziri Nikol Paşinyan onun təşəbbüskarı olduğu Konstitusiyanın dəyişdirilməsi prosesini başa çatdıra bilməyəcək.
O, Ermənistanın bloklara qoşulmaması ilə bağlı şayiələrin “havada” olduğunu vurğulayıb.
Bundan əvvəl Erməni Apostol Kilsəsi baş nazir Paşinyanın ölkə konstitusiyasına dəyişiklik etmək təşəbbüsünü son dərəcə şübhəli adlandırmışdı.
Keçən həftə Paşinyan bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına baxılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.