AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Rusiya və Ukraynanı İstanbulda görüşə dəvət edib

  • + A
  • - A
  • 28-02-2024, 21:48

    Ərdoğan Rusiya və Ukraynanı İstanbulda görüşə dəvət edib


    Rəcəb Tayyib Ərdoğan İstanbulu Rusiya və Ukrayna arasında danışıqlar platforması kimi təklif edib. O qeyd edib ki, məqsədə çatmaq üçün bütün növ diplomatik kanallardan istifadə etmək vacibdir.

    Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında danışıqlar üçün İstanbula yenidən təklif etməyə hazırdır.

    “Mən hesab edirəm ki, münaqişə ədalətli və davamlı sülhlə başa çatmaq üçün diplomatiya və dialoqa şans verilməlidir” - deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu məqsədə nail olmaq üçün bütün növ diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək lazımdır.

    Ərdoğan sülhün ortaq parametrlərini müəyyən etmək üçün birgə işə başlamağın vacibliyindən danışıb. Prezident əlavə edib ki, Türkiyə bu istiqamətdə hər cür səy göstərməyə hazırdır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR