İki il əvvəl tarixi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanaraq Azərbaycan ilə Rusiya arasında müttəfiqlik bəyannaməsi imzalandı. Bu barədə Stavropol diyarının Mineralnıye Vodı şəhərində keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətdə deyilir.
“İlk növbədə, sizi XII Azərbaycan-Rusiya regionlararası forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.
Bu formatda keçirilən regionlararası forumlar artıq öz effektivliyini sübut edib. Forum çərçivəsində hökumət nümayəndələri, biznes və ekspert dairələri arasında görüşlər keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, üz-üzə formatda əlaqələr qurmağa imkan verir
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər aparılır. Forumda nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekologiya sahələrində qarşılıqlı fəaliyyətlə bağlı müzakirələr aparılacaq ki, bu da iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir.
Maraqlıdır ki, bugünkü forum imzalanmasının ikinci ildönümündə keçirilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.