Amerikanın İllinoys ştatının məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı praymerizdən (ştatda respublikaçıların ilkin seçkiləri) kənarlaşdırıb. Bu barədə Chicago Sun Times məlumat yayıb.
Nəşr qeyd edir ki, Dairə Hakimi Treysi Porter əyalət seçki komissiyasına sabiq prezidenti martın 19-da keçiriləcək praymerizdən kənarlaşdırmağı əmr edib.
Nəşr iddia edir ki, icra qərarı şənbə günü, martın 2-də qüvvəyə minəcək, buna qədər Tramp qərardan şikayət etmək imkanına malikdir.
Hakim izah etdi ki, onun qərarı qəti ola bilməz və yuxarı instansiya məhkəmələri öz rəylərini verə bilməlidirlər.
Trampın kampaniyası bu qərarın konstitusiyaya zidd olduğunu bildirərək cavab verib.
Bundan əvvəl 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində namizəd kimi irəli sürmək istəyən Tramp Cənubi Karolinada keçirilən praymerizdə böyük qələbə qazanmışdı.
2023-cü ildə Tramp Men və Kolorado ştatlarında keçirilən praymerizdə iştirak etmək hüququndan məhrum edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.