Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində müxalifət lideri kimi çıxış etməyəcək. O, bu barədə Londonda, Chatham House Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirdə bildirib.
Prezidentin sözlərinə görə, ölkə vətəndaşlarının əksəriyyəti nə hakim partiyanı, nə də müxalifət hərəkatını dəstəkləməyəcək. O hesab edir ki, müxalifət partiyaları səsvermədən keçmək üçün birlikdə çalışmalıdırlar.
Bundan əvvəl Zurabişvili bəyan etmişdi ki, o, Gürcüstana Avropaya inteqrasiya yolunda kömək edə biləcək platforma yaradacaq. Öz növbəsində, “Gürcüstan Naminə” assosiasiyası istisna olmaqla, demək olar ki, bütün müxalifət partiyaları prezidentin ideyasını dəstəkləyib.
Hökumət başçısı İrakli Kobaxidze bildirib ki, Zurabişvili parlament seçkilərində iştirak etmək üçün oktyabrda istefa verməyi planlaşdırır. Bunun üçün prezident öz partiyasını yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.