AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Avropaya getmək istəyir

  • + A
  • - A
  • 29-02-2024, 17:17

    Ermənistan Avropaya getmək istəyir


    Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazır olduğunu bəyan edib. Əlavə ediblər ki, Ermənistan bu istiqamətdə hərəkət edəcək.
    Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd statusu almağa hazır olduğunu açıqlayıb.

    Siyasətçi bildirib ki, İrəvan bu istiqamətdə hərəkət etmək niyyətindədir. Onun sözlərinə görə, bu, Ermənistanı maksimum təhlükəsizliklə təmin edəcək.

    "Bu gün demokratiyadır, demokratik ölkə olmaq ən böyük təhlükəsizlik sistemidir. İnanırıq ki, təhlükəsizliyimiz demokratik bir ölkədir, demokratik sistemlə sıx əməkdaşlıq edir" - Alen Simonyan bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR