Bayraktar pilotsuz uçan aparatlarının partiyası Albaniyaya gəlib. TASS xəbər verir ki, bunu ölkənin müdafiə naziri Niko Pelesi deyib.
"Effektivliyi və qabaqcıl texnologiyaları ilə tanınan "Bajraktar" pilotsuz təyyarələri indi Albaniyadadır! Artıq iki gündür ki, montaj gedir və paralel olaraq onların istismarı və nəzarəti üçün köməkçi infrastrukturun quraşdırılması davam edir", - Pelesi öz səhifəsində yazıb. O, sosial şəbəkədə, PUA-nın fotoşəkillərini dərc edərək, bu hadisənin "Silahlı Qüvvələrimizdə modernləşmə və yeniliklərə sadiqliyin" simvolu olduğunu əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.