Britaniya kəşfiyyatçıları Britaniya hakimiyyətinə ştatda terror təhlükəsinin kəskin artması barədə xəbərdarlıq ediblər. Bu barədə Daily Mail yazır.
Materialda qeyd edilir ki, Britaniya kəşfiyyatçıları parlament üzvlərinə ölkədə terror aktı təhlükəsinin kəskin şəkildə artdığı barədə xəbərdarlıq ediblər.
Xəbərdarlığın Britaniya xüsusi xidmət orqanlarının 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisədən sonra görünməmiş səviyyədə ekstremist xarakterli bir çox söhbətləri dinləməsi ilə əlaqədar edildiyi aydınlaşdırılır. Qəzet mənbəyə istinadən yazıb ki, Britaniyada koordinasiyalı terror aktı və ya tək terrorçunun iştirakı ilə hücum real risk var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.