Martın 4-də Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev, hər iki ölkənin səfirləri Hüseyn Hüseynov, Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.