AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: “Azərbaycan qlobal problemlərin həllində mühüm işlər görəcək”

  • + A
  • - A
  • 4-03-2024, 12:19

    Millət vəkili: “Azərbaycan qlobal problemlərin həllində mühüm işlər görəcək”

    Ölkəmizin beynəlxalq nüfuzu get-gedə artmaqdadır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin növbəti qələbəsi hesab olunur. Həmçinin uzun illərdir ki, apardığımiz iqtisadi və beynəlxalq siyasət bugün ölkəmizin orta güc olkəsinə çevirməsinin əsas göstəricisidir.

    Azərbaycanın coğrafi mövqeyi burada istənilən növ bərpa olunan enerji stansiyaların qurulmasına cavab verir. Neft və qaz ixracına görə Avropanın 6 ölkəsini enerji ilə təmin edən Azərbaycan həmçinin Xəzər dənizinin çirklənməsinin qarşısının alınması istiqamətində regionda ekologiya və ətraf mühitin qorunmasını da diqqətdə saxlayır. 2030-cu ilədək ölkədə bərpa olunan və alternativ enerjidən əldə edilən elektrik enerjisi istehsalı və istifadəsi, eləcə də yaşıl enerjinin satışı gələcək planlarımız arasındadır. 30 il sonra işğaldan azad olunan torpaqlarımızda yenidən qurulan şəhərlər müasir dövrün standartlarına uyğun şəkildə, yaşıl enerji prisipi ilə, ekoloji təmiz və ağıllı texnologiyalar əsasında qurulmaqdadır.
    Bəs COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir?
    Millət vəkili Fatma Yıldırım Azadmedia.az-a açıqlamasında bildirib ki, bu mötəbər layihənin Azərbaycanda təşkil olunması üçün bir sıra səbəblər var:
    “Çünki dünya arenasında Azərbaycan son 10 ildə ekoloji layihələrin keçirilməsi və dəstəyinə görə lider ölkələrdən hesab olunur. Ölkəmiz iqlim dəyişəmələri ilə mübarizədə hər zaman fəal işlər görür. Mühüm layihələr üzərində işləyir. Burda bir məqamı da qeyd etmək istərdim ki, dövlət başçımız Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu istiqamətdə mühüm işlər həyata keçirilir. Bu da çox qürurvericidir. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu işlərini görür və dəyərləndirir”
    Əlbəttə, COP29-la bağlı görülən işlər iqlim dəyişikliyi ilə mübarizəyə yönələn əsas məsələlərdən biridir. Məsələn, götürək şirin su ehtiyatlarını.
    Dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizin su ehtiyatlarına mənfi təsir göstərir. Nəzərə alsaq ki, ölkəmizdə su ehtiyatları məhduddur, deməli məsələ bir o qədər də ciddidir. Yerüstü su ehtiyatlarımız 30 milyard kubmetr olsa da, bunun 4,8 milyard kub metri daxildə formalaşmaqla, qalanı isə qonşu ölkələrdən daxil olub. Son illərdə baş verən iqlim dəyişiklikləri səbəbindən isə yerüstü su ehtiyatlarımızda kəskin azalma müşahidə edilir. Belə ki, su ehtiyatlarımız 2022-ci ildə cəmi 17 milyard təşkil edib. Milli Məclis məsələnin aktuallığını nəzərə alaraq fevralın 28-də su problemi və onun həlli yolları ilə bağlı ictimai dinləmə keçirib. İctimai dinləmədə çıxış edən millət vəkilləri paytaxtda eləcə də böıgələrdə mövcud oln su problemlərini diqqətə çatdırıblar. Hazırki situasiyada yeni su mənbələrinin yaradılması tələb olnunur. Mütəxəssislər isə həyəcan təbili çalır.

    Müsahibim Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva AzadMedia.az-a açıqlamasında iqlim dəyişiklikləri fonunda maarifləndirməyə ehtiyac olduğunu deyib:
    “Şirin su ehtiyatlarının tükənməsi günümüzün acı reallığını əks etdirir. Ona görə də suya qənaət mütləqdir. Təbii ki suya qənaət məsələsində yağış sularından istifadə edilməsi, okean və dəniz sularının duzsuzlaşdırılması da günümüzün reallığına çevrilməkdədir. Digər mühüm məsələıərdən biri də suyun tərkibi ilə bağlıdır ki, çirkənmə su ehtiyatlarının daha da azalmasına gətirib çıxara bilər. Bu məsələdə qlobal çirklənmənin ölkəmizə təsiri istisna deyil. Eyni zamanda, Ermənistan tərəfindən çaylarımıza qarşı ekoloji terrorun tətbiqi su ehtiyatlarımızın tükənməsinə, canlı orqanizmin xəstələnməsinə gətirib çıxarır”
    Bütün bunların fonunda deyə bilərik ki, Azərbaycan ekosostemin mühafizə edilməsi sahəsində bir çox işlər görür. Həmçinin iqlim dəyişiklikləri fonunda yaranan problemlərin aradan qaldırılmasında üzərinə mühüm öhdəliklər götürür. Elə götürək bu il ölkəmizin ev sahibliyi edəcək COP29-u. Bu tədbirin ölkəmizdə keçirilməsi ekoloji məsələlərin həllində vacib faktordu. Azərbaycan qlobal problemin həllində mühüm təşəbbüslər irəli sürəcək. Həmçinin iqlim dəyişikliyi və su çatışmazlığınını həlli istiqamətində də mühüm qərarlar veriləcək

    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR