Rusiyanın baş naziri Mixail Mişustinin bu gün Azərbaycana iki günlük səfəri başlayır - Bakıda o, Rusiya ilə Azərbaycan arasında birgə layihələri və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı müzakirə edəcək.
Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır, Rusiya hökumətinin mətbuat xidməti xəbər verir.
Səfər çərçivəsində Rusiya Nazirlər Kabinetinin rəhbəri azərbaycanlı həmkarı Əli Əsədovla görüşəcək, tərəflər Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə edəcəklər.
Müzakirələr zamanı enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.