Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov ABŞ və NATO-nun Arktikada hərbi fəaliyyətini gücləndirdiyini bildirib. Bu barədə TASS məlumat yayıb.
“ABŞ və digər NATO dövlətlərinin, o cümlədən qeyri-Arktika dövlətlərinin hərbi fəaliyyəti regionda intensivləşməkdə davam edir. Onların yüksək enliklərdə potensialı artır, orada keçirilən təlimlərin miqyası artır”, - Korçunov bildirib.
Bundan əvvəl Federasiya Şurasının üzvü Konstantin Dolqov demişdi ki, ABŞ Rusiya Federasiyasına Arktikada özünün əsas rəqibi kimi baxır. Onun sözlərinə görə, ABŞ-ın Arktikada bütün hərbi və iqtisadi siyasəti Rusiyaya qarşı yönəlib. Eyni zamanda, o, Rusiya Federasiyasının müdafiə və iqtisadi sahədə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb. Dolqovun sözlərinə görə, ABŞ-ın bu cür addımları bizim “öz maraqlarımıza əsaslanan” davranış xəttimizi tələb edir.
Həmçinin, Arktika Şurasının Yüksək vəzifəli şəxslər komitəsinin sədri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bildirib ki, NATO-nun Arktikada hərbi fəaliyyəti Rusiyanı həyəcanlandırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.