Ötən il Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) digər strukturlarla birlikdə ümumi sahəsi 53 min (53081,8) hektardan çox olan ərazilərdə minalardan təmizləmə əməliyyatları həyata keçirib. Mediatv.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Bu dövrdə 31600-ə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlar nəticəsində ANAMA tərəfindən 32823,9 hektar, Müdafiə Nazirliyi 6938,7 hektar, Fövqəladə Hallar Nazirliyi 669,7 hektar, Dövlət Sərhəd Xidməti 841,9 hektar, yerli təşkilatlar tərəfindən 841,9 hektar ərazi ANAMA tərəfindən təmizlənib. hektardır.
Agentlik tərəfindən 22,6 min, Müdafiə Nazirliyi - 2,4 min, Fövqəladə Hallar Nazirliyi - 949, Dövlət Sərhəd Xidməti - 198, yerli təşkilatlar - 5,4 min mina və sursat aşkar edilərək zərərsizləşdirilib.
Bundan başqa, minalardan təmizlənmiş ərazilərin 29005,6 hektarı kənd təsərrüfatı layihələri, 814,8 hektarı nəqliyyat, 11720,5 hektarı yaşayış, 1470,9 hektarı enerji infrastrukturu, 10070,0 hektarı digər layihələr üçün ayrılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.