İki ölkənin baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında Bakıda keçirilən danışıqların yekunları üzrə Rusiya-Azərbaycan sərhədində keçid məntəqələrinin inkişafı üzrə fəaliyyət planı imzalanıb.
Bu sənədi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev imzalayıblar.
Nazirlər həmçinin Yaraq-Kazmalyar (RF) - Samur (Azərbaycan) keçid məntəqələri ərazisində Samur çayı üzərində avtomobil körpüsünün istismarı və saxlanılması qaydası və ona yaxınlaşmalar haqqında hökumətlərarası saziş imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.