AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan əvvəlkinin həbsindən sonra yeni iqtisadiyyat naziri təyin edib

  • + A
  • - A
  • 6-03-2024, 10:40

    Ermənistan əvvəlkinin həbsindən sonra yeni iqtisadiyyat naziri təyin edib

    Gevorq Papoyan Ermənistanın yeni iqtisadiyyat naziri təyin edilib. Müvafiq sərəncamı bir gün əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Qərar baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edilib.

    Papoyanın Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından deputatı kimi səlahiyyətlərinə xitam verilib.

    Bundan əvvəl hakim “Mülki müqavilə” partiyası o vaxt parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri olan Papoyanın iqtisadiyyat naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

    Xatırladaq ki, nazir postu fevralın 14-dən, hazırda nazirlikdəki korrupsiya işi üzrə istintaq çərçivəsində ev dustaqlığında olan Vaan Kerobyanın istefasından sonra boşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR