AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiya hakimiyyəti nüvə silahlarının tranzitinə icazə verə bilər

  • + A
  • - A
  • 6-03-2024, 16:40

    Finlandiya hakimiyyəti nüvə silahlarının tranzitinə icazə verə bilər


    Finlandiyanın baş naziri Petteri Orpo ölkənin Şimali Atlantika Alyansına (NATO) qoşulmasından sonra nüvə silahlarının tranzitini təsdiqləmək imkanı əldə edib. Bu barədə STT agentliyi məlumat yayıb.

    Agentliyin məlumatına görə, Finlandiya NATO-ya daxil olarkən üzvlüklə bağlı heç bir məhdudiyyətin olmayacağına qərar verib.

    “Təfərrüatlar, məsələn, indi Finlandiya vasitəsilə mümkün nüvə silahlarının daşınmasına necə yanaşmaq barədə qərar verilməyib”, - nəşr yazır.

    Qeyd olunur ki, indi Finlandiya hakimiyyəti qanunda nüvə partlayıcıları haqqında məlumatların yer aldığı maddəni nüvə enerjisi ilə bağlı dəyişikliksiz tərk edə, yaxud qanuna dəyişiklik edə və ya yeni qanun qəbul edə bilər.

    Bundan əvvəl The Hill NATO-nun Nordic Response hərbi təlimlərinin Skandinaviyada başladığını yazmışdı. Ümumilikdə, Norveç, İsveç və Finlandiyadan 20 minə yaxın hərbi qulluqçu, 50-dən çox gəmi və 100 təyyarənin iştirakı planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR