Gürcüstan prezidenti keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv olunmasının mümkünlüyü ilə bağlı yenidən yayılan söhbətə münasibət bildirib. O, bu məsələ ilə bağlı fikrini dəyişmədiyini vurğulayıb.
Gürcüstan prezidenti təsdiqləyib ki, o, keçmiş dövlət başçısı, müxalifətçi Mixail Saakaşvilinin əfv olunması məsələsini müsbət həll etmək niyyətində deyil.
Prezident qeyd edib ki, onun “Xeyr, heç vaxt” kimi səslənən ilk bəyanatı qüvvədə qalır.
Siyasətçi əlavə edib ki, ona indi həm xaricdən, həm də ölkə daxilindən təzyiqlər var. O, bu təzyiqi tətbiq edənləri bunun heç bir effekt verməyəcəyini başa düşməyə çağırıb.
Azadmedia.az xatırladır ki, bu günlərdə Saakaşvilinin əfv olunması məsələsi yenidən gündəmə gəlib. Hələ də həbsdə deyil, klinikada olan eks-prezident parlament seçkilərində Vahid Milli Hərəkatın seçki kampaniyasında iştirak etməyə hazırlaşır və partiya üzvləri onun əfv olunması xahişi ilə Zurabişviliyə müraciət etmək niyyətindədirlər. Avropa Parlamenti ötən həftə analoji qətnamə qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.