ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni debata dəvət edib. Bu barədə o, “Turh” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ölkəmizin rifahı üçün Co Bayden və mənim Amerika və Amerika xalqı üçün çox vacib olan məsələləri müzakirə etməyimiz vacibdir. Ona görə debat tələb edirəm. İstənilən vaxt, hər yerdə”, - deyə siyasətçi bildirib.
Martın 6-da Tramp və Bayden əksər ştatlarda keçirilən praymerizdə qalib gəldilər və partiyalarının prezidentliyinə əsas namizədlər olaraq qaldılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.