Çexiya Hərbi Kəşfiyyatının keçmiş rəhbəri, general Petr Pelz ABŞ və Avropanı nüvə müharibəsinə təhrik etməkdə ittiham edib. O, bu barədə Radio Universum-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropanın Rusiyaya qarşı yönəlmiş hərəkətləri, eləcə də Qərb siyasətçilərinin aqressiv bəyanatları dünyanı nüvə müharibəsinə yaxınlaşdırır.
“Bəziləri artıq bir neçə ildir ki, açıq şəkildə bəyan edirlər ki, onların məqsədi Rusiyanı zəiflətmək, bir dövlət kimi məhv etmək, bir neçə kiçik dövlətə parçalamaqdır. Onun sözlərinə görə, bu, Rusiyanın bir dövlət kimi mövcudluğuna təhlükədir.
Pelz hesab edir ki, Qərb ölkələrindən olan siyasətçilərin bu cür bəyanatlarından sonra Moskvanın hər vasitə ilə dövləti qorumaq mövzusunu gündəmə gətirməyə əsasları var. O qeyd edib ki, Rusiyanın silahlı qüvvələri Qərbdən daha yaxşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.