Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda iki günlük beynəlxalq konfransın birinci günü başa çatıb.
Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransın açılış mərasimində Prezidentin köməkçisi - Dövlət Başçısı Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Bakıda ikinci dəfə təşkil olunan konfransın gündəliyinə İslamofobiya ilə mübarizə kontekstində nə edə biləcəyimizin müzakirəsi daxildir. beynəlxalq səviyyədə ayrı-seçkilik və islamofobiyanı müasir reallıqlar adlandırdı. Onun sözlərinə görə, insanlara qarşı ayrı-seçkilik, nifrət ifadələri, təcrid həyatımızı çətinləşdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.