ABŞ Senatı 2024-cü maliyyə ilinin sonuna qədər (ölkədə sentyabrın 30-da başa çatır) federal departamentlərin işinə vəsait ayıran qanun layihəsini dəstəkləyib. Bu barədə TASS məlumat yayıb.
Layihə ayrı-ayrı departamentlər üçün 460 milyard dollardan çox vəsait nəzərdə tutur.Təşəbbüsü Konqresin yuxarı palatasında təsdiqləmək üçün 60 senatorun səsi lazım idi. Martın 6-da qanun layihəsi Nümayəndələr Palatası tərəfindən dəstəklənib
Martın 8-də ABŞ prezidenti Co Bayden Ukraynaya kömək edən qanun layihəsinin təsdiqlənməsi və imzalanması üçün ona təqdim edilməsini istəyib.
Həmin gün ABŞ Konqresinin Nümayəndələr Palatasının Ticarət və Enerji Komitəsi yekdilliklə ABŞ-da Tiktokun qadağan edilməsinə səbəb ola biləcək qanun layihəsini təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.