Hindistanda Rusiya tərəfində Ukraynadakı münaqişədə iştirak etmək üçün insanları cəlb edən “əsas insan alveri şəbəkəsi” üzə çıxıb. Bu barədə Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) məlumat yayıb.
“İnsan alverinin qurbanı olmuş Hindistan vətəndaşları öz iradələrinə zidd olaraq döyüş təlimi keçməyə məcbur edilib və Rusiya-Ukrayna münaqişəsi zonasındakı hərbi hissələrə göndərilib”, - CBI Reuters-ə istinadən yazır.
Onların məlumatına görə, 35 nəfər işə götürülüb, onlardan ikisi artıq dünyasını dəyişib.
Departamentin məlumatına görə, Hindistan vətəndaşlarına Rusiya vizasının alınması və müddətinin uzadılması ilə Rusiyanın özəl universitetlərinə daxil olmaq təklif olunub. Hindistan Xarici İşlər Nazirliyi Moskva da daxil olmaqla bütün işlərin araşdırıldığını bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.