Türkiyə Amerika F-35 döyüş təyyarələrinin alınması üçün ödənilən pulu geri qaytarmağı gözləyir. Bunu Milli Müdafiə naziri Yaşar Gülər deyib.
“Düşünürəm ki, F-35 üçün ödədiyimiz pulu geri qaytara biləcəyik, danışıqlar davam edir” dedi.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan etmişdi ki, ölkə ABŞ-la F-35 qırıcıları proqramına qayıdış məsələsini müzakirə etməyə hazırdır, Ankara bu proqramdan kənarlaşdırılmağı əsassız hesab edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.