Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək görüşünün vaxtı dəqiqləşib. Martın 15-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Qeyd edək ki, ötən ay Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə türkiyəli həmkarı Hakan Fidan arasında Ankarada keçirilən görüşdə bu ilin martında Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi bildirilmişdi. .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.