AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCANLA QAZAXISTAN STRATEJİ TƏRƏFDAR OLAN ÖLKƏLƏRDİR

  • + A
  • - A
  • 12-03-2024, 17:35

    AZƏRBAYCANLA QAZAXISTAN STRATEJİ TƏRƏFDAR OLAN ÖLKƏLƏRDİR

    Ceyhun Məmmədov,
    Millət vəkili


    Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.
    Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkə eyni kökə, mədəniyyətə, ənənələrə malik xalqlardır. Qazaxıstanda yüz minlərlə soydaşımız yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
    Azərbaycanla Qazaxıstan strateji tərəfdar olan ölkələrdir. Beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir.
    Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
    Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar.
    Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Bu gün Aəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir.
    Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu.
    Bu sənədlərin imzalanması, bundan sonra da hər iki xalqın və dövlətin münasibətlərinin güclənməsinə öz tövhəsini verəcəyinə deməyə əsas verir.
    Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Bu hər iki ölkə Prezidentinin qarşılıqlı səfərlərindən aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.
    Qazaxıstan ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana hər zaman dəstək olub. Eyni zamanda işğaldan azad edilən Füzili şəhərində bu gün açılışı olan, Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR