AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edildi

  • + A
  • - A
  • 13-03-2024, 15:16

    Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edildi

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə danışıqlar aparıb.

    Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, diplomatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Erməni nazir 1991-ci il Alma-Ata Bəyannaməsi, eləcə də güclü hüquqi əsası olan xəritələr əsasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı İrəvanın mövqeyini yenidən səsləndirib.

    Kommunikasiyaların bloklanması kontekstində nazir Ermənistanın bütün nəqliyyat marşrutlarının suverenlik çərçivəsində işləməsi ilə bağlı yanaşmasını təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR