AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın tərəfdarıdır

  • + A
  • - A
  • 13-03-2024, 23:24

    Avropa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın tərəfdarıdır

    Avropa Parlamenti Avropa İttifaqını İrəvanla müdafiə sahəsində əməkdaşlığı artırmağa çağırıb. Onlar həmçinin Aİ-ni Ermənistanın Sülh Fondu vasitəsilə dəstək istəyinə cavab verməyə çağırıblar.
    Avropa Parlamentinin təsdiq etdiyi qətnamədə deyilir ki, Avropa İttifaqı “KTMT-yə üzvlüyünü nəzərdən keçirməsi fonunda” Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı artırmağa çağırılır.

    Sənədin qəbulu Strasburqda keçirilən plenar iclasda baş tutub. Orada deyilir ki, AP Avropa ilə İrəvan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın təcili gücləndirilməsinin zəruriliyini təsdiq edir.

    Bundan əlavə, qətnamədə Ermənistanın Avropa Sülh Fondu vasitəsilə müvafiq dəstək tələbinin də təsdiqlənməsi tələb olunur.

    Xatırladaq ki, qətnamədə Ermənistanın Aİ-yə üzv olmaq üçün namizədlər siyahısına salınmasının mümkünlüyündən də bəhs edilir. Sənədin lehinə 504 deputat səs verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR