ABŞ ordusu soyuq iqlim şəraitində əsgərləri münaqişələrə fəal şəkildə hazırlayır. Bu barədə Amerikanın Business Insider portalı məlumat yayıb.
Nəşr vurğulayır ki, Amerika tərəfi öz ordusunu yeni regionda - Arktikada Rusiya Federasiyası ilə münaqişəyə başlamaq üçün hazırlayır.
Nəşr iddia edir ki, Vaşinqton buna daha çox diqqət yetirməyə başlayıb və belə bir qərar Rusiya və Çinin regiondakı fəallığından artan narahatlığı əks etdirir.
BI agentliyinin məlumatına görə, ABŞ ordusu soyuq iqlim şəraitində döyüş strategiyası hazırlayıb. Nəşr yazır ki, fevral ayında onlar Alyaskada əsgərləri ekstremal şəraitə uyğunlaşdırmaq üçün təlimlər keçiriblər.
BI qeyd edir ki, Soyuq Müharibə bitdikdən və Yaxın Şərqdə münaqişələrin başlanmasından sonra ABŞ ordusunun Şimalda əməliyyatlar aparmaq qabiliyyəti ciddi şəkildə azalıb.
Bundan əvvəl Şimali Amerika Aerokosmik Müdafiə komandanının müavini general Blez Frouli bildirib ki, Rusiyanın Arktikadakı hərəkətləri Qərb ölkələrində narahatlıq yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.