Gürcüstan hökumətinin başçısı bir həftədən sonra Ermənistana səfər edəcək. Gələn şənbə günü Azərbaycana səfər planlaşdırılıb.
Gürcüstanın baş naziri Azərbaycana səfərindən sonra Ermənistana səfər edəcək. Bu barədə martın 14-də İrakli Kobaxidzenin özü məlumat verib.
Hökumət başçısı vurğulayıb ki, Bakıya səfər martın 16-na, İrəvana isə bir həftə sonra nəzərdə tutulub.
O, həmçinin qonşu dövlətlərin rəsmiləri ilə bütün vacib məsələləri, o cümlədən sülhün təmin olunmasını müzakirə edəcəyini qeyd edib.
"Regionda sülhün təmin edilməsi vacibdir. Bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb və buna uyğun olaraq, ikitərəfli münasibətlərin dərinləşməsi, regionumuzda, Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün hər şey ediləcək" - İrakli Kobaxidze bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.