Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov, Nurlan Həsənov, Kəmaləddin Qafarov və Razi Nurullayev bu təşkilatın 11-ci plenar sessiyasında iştirak etmək üçün martın 18-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.
Tədbirdə əvvəlki sessiyanın protokolu və təşkilatın 2024-2025-ci illər üçün iş planları təsdiqlənəcək, Avronest PA komitələrinin və işçi qruplarının məruzələri və məlumatları dinləniləcək.
Səfər martın 21-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.