Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan şərti sərhəddə sakinlərlə görüşündə deyib.
"Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada olduğunu aydınlaşdırmaq lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır", - Paşinyan bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyaları bu günə kimi 7 iclas keçirib. Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri olan normativ-hüquqi bazanın yaradılması istiqamətində işlər aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.