Pirveli: LGBT təbliğatı ilə bağlı qanun layihəsini Gürcüstan parlamentinə təqdim etməyi planlaşdırırlar
Gürcüstan parlamentinin “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatları LGBT təbliğatına qarşı qanun layihəsini təqdim etməyə hazırlaşır. Bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze Pirveli telekanalına müsahibəsində bildirib.
Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb.
“Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost və tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”, - Mdinaradze bildirib.
Martın əvvəlində Rusiya Ədliyyə Nazirliyi məhkəmənin qərarına əsasən LGBT hərəkatını qadağan olunmuş və ləğv edilmiş qruplar siyahısına daxil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.