AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: Hələlik İrəvanla Bakı arasında delimitasiya xəritələri ilə bağlı razılaşma yoxdur

  • + A
  • - A
  • 20-03-2024, 18:40

    Paşinyan: Hələlik İrəvanla Bakı arasında delimitasiya xəritələri ilə bağlı razılaşma yoxdur

    Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün xəritələr barədə hələ ki, razılaşma yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

    "Hazırda Ermənistanla Azərbaycan arasında xəritələr üzrə heç bir razılaşma yoxdur. Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var və belə bir anlayış var ki, Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi olmalıdır”, - Paşinyan bildirib.

    Onun sözlərinə görə, belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında sərhədi delimitasiya etmək lazımdır və bəyannamə bu proses üçün əsas olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR