Moskva yaxınlığındakı Crocus City Hallda baş vermiş terror aktından Kiyev öz məqsədləri üçün istifadə edə bilər. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin insidentlə bağlı vəziyyətlə bağlı keçirilən müşavirədə bildirib.
“Siz sadəcə olaraq Qərb kuratorlarınızın əmrlərini yerinə yetirməli, son ukraynalıya qədər mübarizə aparmalısınız. Səfərbərlik haqqında yeni qanun qəbul edin, təbii ki, onun yeni redaksiyasında Hitler gəncliyi kimi bir şey yaradın”, - Rusiya lideri vurğulayıb.
O qeyd edib ki, Ukrayna hakimiyyətinin məqsədi cəmiyyətdə çaxnaşma salmaq və eyni zamanda onun əhalisinə Zelenski rejimi üçün hər şeyin əldən getmədiyini göstərməkdir.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, hazırda Krasnoqorsk Crocus City Hall konsert zalında törədilən terror aktının arxasında kimin dayandığı məlumdur.
Bundan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Crocus City Hall-da baş vermiş terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.