AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan və Kobaxidze sərhədlərin delimitasiyasının intensivləşdirilməsini müzakirə ediblər

  • + A
  • - A
  • 25-03-2024, 23:20

    Paşinyan və Kobaxidze sərhədlərin delimitasiyasının intensivləşdirilməsini müzakirə ediblər

    Ermənistan və Gürcüstanın baş nazirləri bu gün İrəvanda Gürcüstan səfirliyinin yeni binasına baş çəkiblər. Hökumət başçıları sərhədlərin demarkasiyası barədə də danışıblar.
    Bazar ertəsi, martın 25-də İrəvanda Ermənistan və Gürcüstanın baş nazirləri arasında danışıqlar keçirilib. Görüşdən sonra keçirilən brifinqdə Nikol Paşinyan qeyd edib ki, bu gün İrakli Kobaxidze ilə ölkələrin yanvarın sonunda Tbilisidə imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamənin icrası ilə bağlı danışıblar.

    Danışıqlardan sonra hökumət başçıları birgə brifinqdə çıxış ediblər.

    "Bu sənəddə əsas məsələ Ermənistan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasıdır. Bu gün biz Ermənistan və Gürcüstan arasında delimitasiya və demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını müzakirə etdik".

    - deyən Ermənistanın baş naziri həmçinin vurğulayıb ki, Gürcüstanla qarşılıqlı əlaqələrin genişləndirilməsi təkcə ölkələrin özləri üçün deyil, həm də bütün region üçün strateji əhəmiyyət kəsb edir.

    “Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu Ermənistanda böyük həvəslə qarşılandı, bu, təkcə regiona deyil, həm də Ermənistan və Gürcüstan arasında ikitərəfli münasibətlərə birbaşa təsir edəcək mühüm hadisədir” - Nikol Paşinyan bildirib.

    Yeni səfirlik

    Gürcüstanın baş naziri Ermənistanın paytaxtına səfəri çərçivəsində Gürcüstan səfirliyinin yeni binasına da baş çəkib. Onlar Ermənistanın baş naziri ilə birlikdə diplomatik nümayəndəliyin ərazisinə ekskursiya ediblər, orada yaradılan şəraiti qiymətləndiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR